YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şabran rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı Gənclər və idman idarəsi, Uşaq yaradıcılıq mərkəzi, Baytarlıq idarəsi və Ağbaş İƏD ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib.

YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov yeni seçilən sədr və sədr müavinlərini təbrik edib, işlərində uğurlar arzulayıb.