YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi Hava Qüvvələrində təlimlər keçirilib

Döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) təlim uçuşları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ssenariyə əsasən, “MiQ-29” tipli təyyarələrlə kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.

Təlimlər zamanı pilotlar tərəfindən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla onun yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və hava döyüşlərinin aparılması üzrə tapşırıqlar məşq olunub.

Təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.