YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göyçay rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı Dövlət İdarəetmə və Texnologiya Kolleci, Peşə Liseyi, Rayon Telekommunikasiya Qovşağı, Radio-Televiziya stansiyası, şəhər 4 saylı tam orta məktəb, şəhər 7 saylı tam orta məktəb, şəhər 8 saylı tam orta məktəb, Bioloji Təbabət Klinikası, Maliyyə İdarəsi, Mənzil İstismar sahəsi, Mədəniyyət Mərkəzi, şəhər 5 saylı tam orta məktəb, 9 saylı tam orta məktəb, Uşaq musiqi məktəbi, 17 saylı Yol idarəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Sonra təşkilati məsələlərə baxılıb. Səbinə Qurbanova  Dövlət İdarəetmə və Texnologiya Kolleci ərazi partiya təşkilatının sədri, Nərmin Abışova sədr müavini, Elxan Əliyev Peşə Liseyi ərazi partiya təşkilatının sədri, Dinar Əliyev sədr müavini, Elşən Mustafayev Rayon Telekommunikasiya Qovşağı  ərazi partiya təşkilatının sədri, Fuad Nəbiyev sədr müavini, Ramiz Məmmədov Radio-Televiziya stansiyası ərazi partiya təşkilatının sədri, Cavid Əliyev sədr müavini,  Elşad  Əliyev şəhər 4 saylı  tam orta məktəb ərazi partiya təşkilatının sədri, Firəngiz Məmmədyarova sədr müavini, Tamella Əfəndiyeva şəhər 7 saylı  tam orta məktəb ərazi partiya təşkilatının sədri, Dilarə Rəşidova sədr müavini, Sədaqət Abdulova  şəhər 8 saylı  tam orta məktəb ərazi partiya təşkilatının sədri, Xatirə Əzizova sədr müavini, Aydın Mehdiyev Bioloji Təbabət ərazi partiya təşkilatının sədri, Fəxriyyə Əliyeva sədr müavini, Ramin Abdulrahmanov Maliyyə İdarəsi ərazi partiya təşkilatının sədri, Vüsal Babayev sədr müavini, Ayaz Səfərəliyev Mənzil İstismar ərazi partiya təşkilatının sədri, Səfərəli Səfərəliyev sədr müavini, Azad Xudaverdiyev Mədəniyyət Mərkəzi ərazi partiya təşkilatının sədri, Əlisafa Bəykişiyev sədr müavini, Vüqar Məlikov şəhər 5 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, Aygün Məmmədova sədr müavini, Akif Qəribov şəhər 9 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, Sevanə Ağayeva sədr müavini, Aytən Hacızadə Uşaq musiqi məktəbi ərazi partiya təşkilatının sədri, Lalə Kərimova sədr müavini, Təranə Abdullayeva 17 saylı Yol idarəsi ərazi partiya təşkilatının sədri, Ayaz Əhmədov isə sədr müavini seçiliblər.

İclasların sonunda YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.