YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zaqatala rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir.

Növbəti hesabat-seçki yığıncaqları Çobankol, Qımır, Bazar ərazi partiya təşkilatlarında keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Sonra təşkilati məsələlərə baxılıb. Mətanət Səmədova Çobankol ərazi partiya təşkilatının sədri, Qönçə Ömərova sədr müavini, Hamlet Mustafayev Qımır ərazi partiya təşkilatının sədri, Nail Məhərrəmov sədr müavini, Əhmədiyyə Cəmilov Bazar ərazi partiya təşkilatının sədri, Əhmədov Əlövsət isə sədr müavini seçiliblər.

Sonda YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara müvafiq tapşırıq və tövsiyələrini verib.

DİGƏR Xəbərlər Arxiv