YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı Sərkar kəndi, Sərkar UMM və Sərkar tam orta məktəb ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

İclaslarda hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qənaətbəxş qiymətləndirilib.

Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb. Şəmistan Yusifov Sərkar kənd ərazi partiya təşkilatının sədri, Reyhan Abuzərova sədr müavini, Səadət Məmmədbəyova Sərkar UMM ərazi partiya təşkilatının sədri, Ruhanə Həsənova sədr müavini, Afaq Möyləyeva Sərkar tam orta məktəb ərazi partiya təşkilatının sədri, Aynur Məmmədova isə sədr müavini seçiliblər.

İclasların sonunda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.