YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Azərbaycan ilə ABŞ arasında təhlükəsizlik sahəsində sıx tərəfdaşlıq mövcuddur

Azərbaycan ilə ABŞ arasında təhlükəsizlik sahəsində sıx tərəfdaşlıq münasibətləri mövcuddur. Bu əlaqələr Azərbaycanın Əfqanıstanda terrorizmlə beynəlxalq mübarizədə ilk iştirakı zamanından başlayıb. Azərbaycan Əfqanıstanda təhlükəsizliyin təmin olunmasına sonadək çalışıb.

Bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı keçirilən dəyirmi masada ifadə edib.

“Azərbaycan Türkiyə ilə birlikdə Kabilin Beynəlxalq Hava Limanında təhlükəsizliyin təmin olunmasında iştirak edib. Azərbaycanın Əfqanıstanla bağlı koalisiyadakı rolunu yüksək qiymətləndiririk”, - deyə diplomat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv