YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı Xəlsə, Qoçulu, Xəstəxana ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov və rayon təşkilatının əməkdaşlarının iştirak etdiyi yığıncaqlarında ərazi partiya təşkilat sədrləri hesabat məruzələri ilə çıxış ediblər.

Hesabat-seçki yığıncaqlarında çıxış edənlər ərazi partiya təşkilatlarının fəaliyyətlərini qənaətbəxş hesab ediblər.

Sonra təşkilati məsələlərə baxılıb. Qalib Əsədov Xəlsə ərazi partiya təşkilatının sədri, Əjdər Həsənov sədr müavini, Ruslan Əbülhəsənov Qoçulu ərazi partiya təşkilatının sədri, Əlibala Babaşov sədr müavini, Tarix İslamov Xəstəxana ərazi partiya təşkilatının sədri, Əliabbas Abdulxalıqov isə sədr müavini seçiliblər.