YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Abşeron rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Xırdalan şəhəri 2 saylı, Xırdalan şəhəri 3 saylı, Xırdalan şəhəri 4 saylı, Xırdalan şəhəri 6 saylı, Xırdalan şəhəri 9 saylı, Xırdalan şəhəri 10 saylı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.       

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb. Ədalət Camalova Xırdalan şəhəri 2 saylı ərazi partiya təşkilatının sədri, Elşən Quliyev sədr müavini, Sevinc Məmmədəliyeva Xırdalan şəhəri 3 saylı ərazi partiya təşkilatının sədri, Xatirə Abdullayeva sədr müavini, Zəminə Nurayeva Xırdalan şəhəri 4 saylı ərazi partiya təşkilatının sədri, Məmmədova Yeganə sədr müavini, Lamiyə Həsənzadə Xırdalan şəhəri 6 saylı ərazi partiya təşkilatının sədri, Əzimova Emma sədr müavini, İbrahimova Həcər Xırdalan şəhəri 9 saylı ərazi partiya təşkilatının sədri, Zeynalova Rəqsanə sədr müavini, Abdıyeva Əzizə Xırdalan şəhəri 10 saylı ərazi partiya təşkilatının sədri, Abbasova Əsmər isə sədr müavini seçiliblər.

Sonda YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev yeni seçilən sədr və sədr müavinlərini təbrik edib, işlərində uğurlar arzulayıb.

DİGƏR Xəbərlər Arxiv