YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı Gigiyena və Epidemiologiya Mərkəzi, Statistika İdarəsi, Mərkəzləşdirilmiş kitabxana sistemləri, Qusar bələdiyyəsi, Telekomunikasiya, Qusar Peşə liseyi, Qusar elektrik şəbəkəsi, Kommunal müəssisələri kombinatı, Su-kanal idarəsi, Qusar Qaz idarəsi və Uşaq yaradıcılıq mərkəzi  ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.

Sonra təşkilati məsələlərə baxılıb, ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.