YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı Azadlıq və Olimpiya İdman Kompleksi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

İclaslarda çıxış edən rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, partiya tarixi zərurətdən, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olaraq yaranıb: “Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib. Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. YAP Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Prezident, Müzəffər Ali Baş Komandan, partiyanın sədri İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir”.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb. Əli Paşayev Azadlıq ərazi partiya təşkilatının sədri, Səyyad Məmmədov sədr müavini, Taleh Kərimov Olimpiya İdman Kompleksi ərazi partiya təşkilatının sədri, İlkin Quliyev sədr müavini seçilib.