YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İsmayıllı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı İsmayıllı Regional Mədəniyyət İdarəsi, İsmayıllı Rayon Təhsil Şöbəsi, Fazil Əzimov adına Uşaq İncəsənət məktəbi, İsmayıllı rayon Ə.Ələkbərzadə küçəsi 34 ünvanında yerləşən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi və Ağahüseyin Aslanov 6 ünvanında yerləşən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının nüfuzunun Prezident İlham Əliyevin sədrliyi ilə daha da artdığını söyləyib.

Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş hesab olunub.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib.

YAP İsmayıllı rayon təşkilatının sədri yeni seçilən sədrləri və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.