YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdam rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına start verilib.

Hesabat-seçki yığıncaqları rayon təşkilatının Mexaniki Suvarma İdarəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatlarında keçirilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılıb. Mexaniki Suvarma İdarəsi ərazi partiya təşkilatına Hafiz Əzimzadə sədr, Məhi İbrahimov sədr müavini, Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatına Rəhman Məmmədov sədr, İxtiyar Əliyev sədr müavini, Dövlət Aqrar  İnkişaf Mərkəzi ərazi partiya təşkilatına Ramal Məmmədov sədr, Əhsən Məmmədov sədr müavini seçiliblər.