YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Neftçala rayon təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı Mədəniyyət şöbəsi ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.

Sonra ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Elmira Kazımova ərazi partiya təşkilatının sədri, Əzizə Abdullayevanın isə sədr müavini seçilib.

Sonda partiya sıralarına yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib.