YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə qazilər YAP sıralarına üzv olmaq üçün müraciət ediblər

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov Vətən müharibəsi qaziləri ilə görüşüb.

Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən R.Orucov bildirib ki, 44 günlük Vətən müharibəsində möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət göstəriblər: “Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlığımızı bildiririk”.

Təşkilat sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, Gəncə şəhərində də şəhid ailələri, qazilər diqqət və qayğı ilə əhatə olunublar: “Mütəmadi olaraq şəhid və qazi ailələri ziyarət edilir, şəhidlərin anım və doğum günləri ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunur, problemləri öyrənilir, onların həlli üçün aidiyyəti qurumlarla birlikdə lazımi tədbirlər görülür. Əlbəttə, bu Qələbə asan əldə edilmədi. Yüzlərlə şəhid verdik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm”.

Söhbət zamanı Vətən müharibəsi iştirakçıları və qazilər keçdikləri döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüblər.

Qazilər adından çıxış edən Samir Məmmədov qeyd edib ki, biz, hər birimiz Vətən və dövlət qarşısında öz vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışdıq: “44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı, Azərbaycan xalqının dəstəyi bizə əlavə güc verdi. 44 günlük Vətən müharibəsində iştirak edərək, qismətimiz qazi olsa da böyük qələbəni, dünyaya səs salan möhtəşəm zəfərimizi görməkdən qürur duyuruq. Qürur duyuruq ki, bu gün də Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasəti dəstəkləyirik. Bu tədbirdə iştirak edən qazilər adından xahiş edirəm ki, bizi ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edəsiniz”.

Sonda Vətən Müharibəsi iştirakçıları və qazilər onlara göstərilən daimi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv