YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Frank-Valter Ştaynmayeri yenidən Almaniya Prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.

Təbrik məktubunda dövlətimizin başçısı Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Frank-Valter Ştaynmayeri ürəkdən təbrik edib.

"Biz bu il Azərbaycan ilə Almaniya arasında diplomatik əlaqələrin qurulmasının otuz illiyini qeyd edəcəyik. Bu dövr ərzində ikitərəfli səviyyədə nail olduğumuz siyasi dialoq, bir sıra sahələrdə formalaşmış qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir.

İnanıram ki, dövlətlərarası münasibətlərimiz və səmərəli əməkdaşlığımız istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Sonda dövlətimizin başçısı Almaniya Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətində uğurlar diləyib.