YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naftalanda şəhid Bəxtiyar Aslanovun anım mərasimi keçirilib

Naftalan şəhərində Vətən müharibəsi şəhidi Aslanov Bəxtiyar İlqar oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirində Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Həmçinin dövlətimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn digər şəhidlərimizin də əziz xatirəsi ehtiramla yad edilib, valideynlərinə səbr dilənib. Tədbirdə şəhidlərimizin keçdiyi döyüş yolundan, göstərdikləri şücaət və qəhrəmanlıqlarından danışılıb.

Qeyd edək ki, Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezidentin Sərəncamına əsasən Bəxtiyar Aslanov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.