YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Azad edilmiş torpaqlarda istifadəyə verilən yarımstansiyaların sayı 9-a çatıb

Bu gün Ağdamda iki yarımstansiyanın açılışı ilə azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək.

Bu barədə Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı çıxışında bildirib.

Dövlətimizin başçısı çıxışında Ağdamda təməli qoyulan obyektlərin əhəmiyyətindən danışıb, bu sırada müasir mehmanxananı, yaşayış kompleksini, Mərkəzi Şəhər Xəstəxanasını qeyd edib. Bildirib ki, mehmanxana təqribən iki ildən sonra istifadəyə veriləcək, altı evdən ibarət yaşayış kompleksi il yarıma - iki ilə, bəlkə də daha tez, inşa ediləcək, 210 çarpayılıq xəstəxana ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq.

“Keçən dəfə Ağdamda olarkən mən burada 1 nömrəli məktəbin təməlini qoydum. O məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Yəni, bir daha demək istəyirəm, kompleks tədbirlər görülür – elektrik enerjisi ilə təchizat, Ağdama qaz xətlərinin çəkilişi layihəsi indi işlənilir, içməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi builki İnvestisiya Proqramında vardır, yaşayış binaları, mehmanxana, iş yerləri. Yəni, bu, hərtərəfli inkişaf deməkdir. Elə bu gün açılışında və təməlqoyma mərasimində iştirak etdiyim obyektlərdə biz bu genişmiqyaslı işləri görə bilərik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv