YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətimiz bərpaolunan elektrik enerji sahəsinə də böyük sərmayələr qoyur

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Son dövrlərə qədər Azərbaycan neft-qaz ixrac edən dövlət kimi tanınırdı. Ölkə büdcəsi demək olar ki, 100 faizi bu sahədən gələn gəlirlər hesabına formalaşırdı. Cənab İlham Əliyev Prezident seçildikdən sonra Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyev tərəfindən müəyyən dövrləri əhatə edən iqtisadi proqramlar hazırlandı. Neft-qaz sektorundan gələn gəlirlər hesabına sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişaf etdirilməsinə böyük investisiyalar yatırıldı. Artıq Azərbaycandan xarici dövlətlərə qeyri-neft qaz məhsullarının ixracı hər il artmaqdadır. Dövlət büdcəsinin 46 faizi qeyri-neft sektorundan gələn gəlirlər hesabına formalaşmışdı. Yaxın gələcəkdə qeyri-neft sektorundan gələn gəlirlər 50 faizi üstələyəcək.

Ölkəmizdə ən inkişaf etdirilən sahələrdən biri də elektrik enerjisi istehsalıdır. Azərbaycanın bütün bölgələrində yüksək gərginlikli elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. Bu sahədə aparılan geniş miqyaslı işlərin nəticəsi olaraq Azərbaycan ərazisi 100 faiz elektrik enerjisi ilə təmin edilmişdir. Hal hazırda xarici dövlətlərə də elektrik enerjisi ixrac edilir.  Belə ki, Azərbaycan qonşu dövlətlərə Türkiyə, İran, Gürcüstan və Rusiyaya elektrik enerjisi ixrac edir. Ötən il Azərbaycanda 27 milyard kilovat / saat elektrik enerjisi istehsal edilib və 1,6 milyard kilovat /saat ixrac olunmuşdur. Nəhəng layihələrin icrası zamanı Azərbaycan şirkətlərinin mütəxəssisləri və fəhlələri iştirak ediblər. Ən əsası bütün bu işlər Azərbaycanın öz vəsaiti hesabına yerinə yetirilib.

Fevralın 11 də Prezident cənab İlham Əliyev ölkəmizin elektrik enerjisi sahəsinə böyük töhfə verəcək 385 meqavat gücü olan “Qobu” Elektrik Stansiyasının açılışında iştirak etdi. Ölkə başçımız “AZƏRTAC”a müsahibəsində son dövrlər ölkə iqtisadiyyatının durmadan inkişaf etdiyini vurğuladı. Ötən il iqtisadiyyatımız 5 faizdən çox, qeyri-neft sektorunda sənaye istehsalı isə 20 faizə qədər artmışdır. Azərbaycan qonşu ölkələrə elektrik enerjisi ixrac etməklə yanaşı Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu dövlətlərə həm xam neft, təbii qaz, həm də neft-kimya məhsulları, elektrik enerjisi ixrac edir.  Azərbaycan özünü və tərəfdaşlıq etdiyi dövlətləri ən azı 100 il ərzində təbii qazla təchiz edə bilər.

Dövlətimiz bərpaolunan elektrik enerji sahəsinə də böyük sərmayələr qoyur. Xarici şirkətlər də Azərbaycana investisiya yatırmağa böyük maraq göstərirlər. Bu şirkətlər Azərbaycanda olan stabilliyi, iqtisadi yüksəlişi izləyir və bunu çox yüksək qiymətləndirirlər. Enerji sahəsində dünyanın ən böyük şirkətlərindən olan “ACWA Power” ilə Azərbaycan dövləti arasında bağlanmış müqaviləyə əsasən 240 meqavatlıq külək elektrik stansiyası gələn il istifadəyə veriləcək “BP” şirkətinin işğaldan azad edilmiş Cəbrayıl rayonunda günəş elektrik stansiyasının inşa edilməsi gözlənilir. İşğaldan azad edilmiş ərazilərimizdə keçən il “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə isə 4 su elektrik stansiyaları yenidən quruldu.

Azərbaycanla yanaşı region dövlətləri üçün də çox önəmli olan Zəngəzur dəhlizinin açılması elektrik enerjisinin qonşu dövlətlərə ixracını daha əlverişli edəcək. Eləcə də Azərbaycanda istehsal olunan elektrik enerjisi Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, oradan da Avropaya ixrac ediləcək. Artıq yaxın zamanda Azərbaycan Avropaya neft və qazla yanaşı elektrik enerjisi də ixrac edəcək.