YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva və təşkilat nümayəndələri rayonun Qazıqumlaq kəndində Vətən müharibəsi şəhidi Qarayev Namiq Qarakişi oğlunun ailəsini ziyarət ediblər.

“Azərbaycan Bayrağı” ordenli şəhid leytenant Elnur Vəliyevin atası Əli Vəliyevin də iştirak etdiyi görüşdə şəhid Namiq Qarayevin həyat və döyüş yolundan, döyüşlərdə göstərdiyi şücaətdən, Vətən sevgisindən geniş söhbət açılıb. Şəhidlərimizin şərəfli ömür yolunun gələcək nəsillər üçün hər zaman örnək olacağı bildirilib.