YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı işçi qrupunun Forumu öz işini başa çatdırıb

Bu gün Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) işçi qrupunun Forumu öz işini başa çatdırıb.

Tədbirdə Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstanın nümayəndələri iştirak edib.

Azərbaycanı bu forumda Dövlət Turizm Agentliyinin bölmə müdiri Kənan Firdovsioğlu təmsil edib.

Tədbirin ikinci günü Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Mirvohid Azimov, Özbəkistan turizm və idman nazirinin müşaviri Temur Mirzayev, həmçinin TDT-nin üzvü olan ölkələrin nümayəndələri müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildiriblər.

Forumda TDT çərçivəsində turizmin inkişafı üzrə yol xəritəsi, Özbəkistanın qədim Kokand şəhərinin “Türk dünyasının turizm paytaxtı” elan olunması ilə əlaqədar Konsepsiya müzakirə edilib. Üzv ölkələr postpandemiya dövründə turizmin bərpası üzrə də müzakirələr aparıb, bu ölkələr arasında davamlı şəkildə hava və yerüstü nəqliyyatın bərpasının mühüm amil olduğunu diqqətə çatdırıblar.

Kənan Firdovsioğlu öz çıxışında bu məsələlərə münasibətini bildirib, TDT-nin nazirlər səviyyəsində növbəti görüşünün Azərbaycanda keçiriləcəyini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv