YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda Vətən müharibəsi şəhidinin doğum günü münasibətilə məzarı ziyarət olunub

Yevlaxda Vətən müharibəsi şəhidi Şirinzadə Elnur Xalıqverdi oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.

Bununla bağlı Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Xaliq Əliyev, şəhər 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Amil Musayev, Gənclər və İdman idarəsinin rəisi Rəşad Bəhmənli, Yevlax “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Elgün Əzizov, Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Elman Əlibəyli rayonun Şəhidlər xiyabanında uyuyan şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Şəhidin ailə üzvlərinin, qazilərin, rayon sakinlərinin iştirak etdiyi mərasimdə Vətən qəhrəmanının ruhuna dualar oxunub. Elnur Şirinzadənin məzun olduğu Səməd Vurğun adına 5 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya dinlənilib.

Tədbir çərçivəsində Yevlax şəhər UGİŞM-in şəhidin xatirəsinə həsr etdiyi idmanın güləş növü üzrə rayon turnirinin qaliblərinə fəxri fərmanlar təqdim olunub.

Daha sonra tədbir iştirakçıları şəhidin ailəsinin yaşadığı evi ziyarət edib, onların qayğıları ilə maraqlanıblar. Görüşdə Elnur Şirinzadənin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.