YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi beynəlxalq münasibətlərdə multilateralizmi təşviq etmək baxımından gözəl platformadır

“Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiyası” konfransında Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunmuş xüsusi Təqaüd Proqramı ilə Azərbaycanda təhsil olan Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan bir qrup əcnəbi tələbələr də iştirak edir. Həmin gəncləri fəal olmağa çağırıram.

Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

Nazir vurğulayıb ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi beynəlxalq münasibətlərdə multilateralizmi təşviq etmək baxımından gözəl platformadır.

“Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər ayırır. Bu tədbirdə Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunmuş xüsusi Təqaüd Proqramı ilə Azərbaycanda təhsil olan Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan bir qrup əcnəbi tələbə də iştirak edir”, - deyən Ceyhun Bayramov ölkəmizdə təhsil alan bütün gəncləri bu beynəlxalq şəbəkəyə qoşulmağa və daha fəal olmağa çağırıb.