YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev gənclərlə görüşüb

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən biri, professor Sudeyf İmamverdiyevlə gənclərin görüşü baş tutub.

Rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövlətimiz qüdrətli dövrünü yaşayır.

Daha sonra çıxış edən YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb: “Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ulu öndər Heydər Əliyevin xidmətləridir”.

Ulu Öndər Heydər Əliyevlə olan xatirələrini gənclərlə bölüşən S.İmamverdiyev qeyd edib ki, Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olaraq, xalqı arxasınca aparıb. Bu gün isə xalqımız Ümummilli Liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşib.

Daha sonra görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv