YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Yevlaxda Vətən müharibəsi şəhidi Tağıyev Əkbər Məhəmməd oğlunun doğum günü münasibətilə xatirəsi anılıb. Bununla əlaqədar Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Xaliq Əliyev, Yevlax bələdiyyəsinin sədri İsmayıl Hüseynli, Yevlax “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Elgün Əzizov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin direktoru Elvin Əjdərli, Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Elman Əlibəyli, Təhsil şöbəsinin məsul əməkdaşı Natiq Hüseynov, Gənclər və İdman idarəsinin məsul əməkdaşı Rövşən Musayev rayonun Şəhidlər xiyabanında uyuyan şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Şəhidin ailə üzvlərinin, qazilərin, rayon sakinlərinin iştirak etdiyi mərasimdə şəhidin ruhuna dualar oxunub, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya dinlənilib.

Tədbir çərçivəsində Yevlax şəhər UGİŞM-in şəhidin xatirəsinə həsr etdiyi idmanın şahmat növü üzrə rayon turnirinin qaliblərinə fəxri fərmanlar təqdim olunub.

Daha sonra tədbir iştirakçıları rayonun Yuxarı Qarxun kəndində şəhidin ailəsinin yaşadığı evi ziyarət edib, onların qayğıları ilə maraqlanıblar. Görüşdə şəhid Əkbər Tağıyevin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.