YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Fatma Yıldırım seçicilərlə görüşüb

Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə rayonunda seçiciləri ilə növbəti görüşünü keçirib.

Görüş zamanı seçicilərin çoxsaylı müraciətləri dinlənilib. Müraciətlərdə əsasən sosial müdafiə, o cümlədən, torpaq və mənzil-kommunal məsələləri əsas yer tutub.

Deputat dövlətimizin həyata keçirdiyi sosial siyasətdən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlardan geniş bəhs edib. 2022-ci ilin ilk sosial paketində yer alan Prezident Fərman və sərəncamlarına diqqəti yönəldən F.Yıldırım bildirib ki, Azərbaycan təkmil sosial-iqtisadi islahatları ilə sosial dövlət imicinə yeni əlavələr edir.

Görüşdə bütün müraciətlər dinlənilib və qeydə alınıb. Vətəndaşların problemlərinin həlli üçün aidiyyati qurumlar qarşısında məsələlər qaldırılacağı bildirilib. Müəyyən məsələlər isə yerindəcə öz həllini tapıb.

Seçicilər dövlətimizin siyasətində vətəndaş amilinə xüsusi önəm verilməsindən məmnunluqlarını, müaciətlərinin qısa zamanda müsbət həllini tapacağına əminliklərini ifadə ediblər.