YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə qardaşlığının zirvəsidir

“Ən çətin dövrlərdə bir-birinə əsl qardaş dəstəyi nümayiş etdirən, qədim və sarsılmaz köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı dünyaya əsl nümunədir.  Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığı haqqında "bir millət, iki dövlət" kəlamı, eyni zamanda Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir" kəlamı iki qardaş ölkə arasındakı əlaqələrin möhkəm, sarsılmaz və dərin köklərə malik olmasının təcəssümdür”. Bunu Milli Məclisin deputatı  Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, bu gün Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri, dostluq əlaqələri ölkə başçısı Cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında ən yüksək səviyyədə və artan dinamika ilə inkşaf etməkdədir: “2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”-ni imzalaması ölkələrimiz arasındakı inkşafın zirvəsi hesab oluna bilər. “Şuşa Bəyannaməsinin 1921-ci il tarixli Qars müqaviləsindən düz 100 il sonra Şuşa şəhərində imzalanması dünyaya verilmiş mesajla yanaşı tarixi Qars müqaviləsinin davamı və müqaviləyə sadiqliyin təsdiqidir”.

Deputat deyib ki, “Şuşa Bəyannaməsi” Ermənistanın Türkiyəyə qarşı əsassız ərazi iddialarının və tarixi təhrif etmək cəhdlərinin üstündən xətt çəkdi: “Eyni zamanda Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan dövlətləri bir-birlərinin yanında olduğunu, ölkələrin təhlükəsizliyinə, suverenliyinə təhdid olacağı təqdirdə birgə hərəkət edəcəklərini dünyaya bəyan etmiş oldular. “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə arasında hərbi-siyasi, iqtisadi müttəfiqliyin inkşafı, həmrəyliyimizin və ölkələrimizin mövqeyinin dünya miqyasında daha da güclənməsi ilə yanaşı regionda təhlükəsizliyin təmin olunması baxımında mühüm əhəmiyyət kəsb edən sənəddir”.