YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Vətən müharibəsi qazisini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Goranboyda Vətən müharibəsi qazisi müəllim Əmrahov Ruslan Rəşid oğlunu evində ziyarət edib.

Görüşdə Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ağsaqqalları və ziyalılar da iştirak ediblər.

Milli Məclisin deputatı qazi və ailəsinin problemləri ilə maraqlanıb. Dövlətin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan söz açan Anar Məmmədov Vətən oğullarının döyüşlərdə göstərdiyi rəşadətdən danışıb.

Qazi Ruslan Əmrahov göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.