YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peter Siyarto: Macarıstan şirkətləri Qarabağda aparılan bərpa və quruculuq işlərində iştirak etməyə hazırdır

Azərbaycanın müstəqillik qazandığı ilk vaxtlardan Macarıstan onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib.

Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto fevralın 3-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında bildirib.

Nazir deyib ki, Macarıstan neft və enerji sahələrində Azərbaycanla sıx əməkdaşlıq edir.

“Macarıstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. İndi də Macarıstan şirkətləri Qarabağda aparılan bərpa və quruculuq işlərində iştirak etməyə hazırdır. Bundan başqa, alternativ enerji istehsal edən müəssisələrin inşasına, dini və tarixi abidələrin bərpasına kömək göstərəcəyik”, - deyə nazir əlavə edib.