YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Litvaya rəsmi səfəri başlayıb

Fevralın 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıği ilə parlament nümayəndə heyəti Litva Respublikasına rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Vilnüs Beynəlxalq Hava Limanında Azərbaycan nümayəndə heyətini Litva Seyminin İqtisadiyyat komitəsinin sədri, Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun rəhbəri Kazis Starkeviçus, Litvanın Azərbaycandakı səfiri Egidiyus Navikas, ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər zamanı Milli Məclis sədrinin Litva Respublikasının Prezidenti, ölkə Seyminin sədri və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub.