YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatında Gənclər Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının, Ucar Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin, rayon Gənclər evinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər günü qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə rayondakı Şəhidlər xiyabanını ziyarət edib, burada şəhidlərin məzarları üzərinə tər çiçəklər düzüb, ruhlarına dərin hörmət və ehtiram ifadə ediblər.

Daha sonra rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq xatirəsi ehtiramla yad edilib.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərərgahında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Ucar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Məhəmməd Bayramov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, rayon Gənclər evinin direktoru Elamin Dibirov, YAP fəalı Yusif Məmmədov, idman sahəsində uğurlar əldə edən Kamal Məmmədov, Ruslan Məmmədov, psixoloq-müəllim Orxan Xəlilov, həvəskar rəssam Arif Babayev və fəal gənc Kazım Məmmədov çıxışlarında qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri günü elan edilib. Azərbaycan gəncliyi öz fəaliyyəti, uğurları, imzası ilə tarixdə iz salıb. Azərbaycan gəncliyi bütün sahələrdə öz iştirakı, fəallığı ilə seçilir.

Qeyd olunub ki, Ulu Öndərin irəli sürdüyü gənclər siyasəti uğurla davam etdirilir. “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib” deyən cənab Prezident İlham Əliyev özü də Azərbaycan gənclərinin vətənpərvərlik ruhunu hər zaman qiymətləndirib: “44 günlük Vətən müharibəsində gənclərimizin necə vətənpərvər olduğunu təkcə Azərbaycan cəmiyyəti deyil, bütün dünya şahidlik etdi. Azərbaycan gəncliyi gələcəyə doğru inamla irəliləyir”.

Daha sonra rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclər müvafiq qurumların fəxri fərmanları ilə təltif edilib.  Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilən bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirin sonunda YAP Ucar rayon təşkilatı partiya üzvləri Zeynalov Ramiz Gülməmməd oğlunu və Bayramov Məhəmməd İbrahim oğlunu 65 illik yubileyləri münasibətilə təbrik edib, onlara fəxri fərman və hədiyyələr təqdim olunub.