YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin Gəncəyə mütəmadi səfərləri doğma şəhərimizə olan diqqətin bariz nümunəsidir

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə mütəmadi səfərləri doğma şəhərimizə olan diqqətin bariz göstəricisidir. Bu illər ərzində Gəncədə görülən işlərin miqyasına baxsaq görərik ki, nə qədər böyük həcmli layihələr icra edilib və hələ də icra edilməkdə davam edir. Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti artıq öz həllini tapıb. Gəncə şəhərinə dövlət başçısı kimi 18-ci səfərini edən Prezident İlham Əliyev faşizm mahiyyətli Ermənistana və onun havadarlarına mühüm mesajlar verdi.

Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrasında Gəncə şəhəri həmişə xüsusi yerə malik olubdur. İnşa olunan yeni obyektlər, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Dövlət azad edilmiş torpaqlar, yəni Qarabağ və Zəngəzur ilə yanaşı, bütün başqa şəhər və rayonların inkişafına diqqət ayırır. Elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır. Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Qazlaşdırma layihəsi tam icra edilib. İçməli su layihəsi hələ ki, icra edilir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılmışdır. Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də komfortludur.

Gəncənin səhiyyə və təhsil infrastrukturu yenilənib. Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Nəzərə alsaq ki, hazırda ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıyır, bu təhsil mərkəzinin müasirləşdirilməsi çox böyük əhəmiyyətə malik idi. Bir neçə il bundan əvvəl Gəncə Filarmoniyası açıldı. Filarmoniyanın açılması Gəncə şəhərinin mədəni həyatına böyük töhfə verib. Gəncənin mədəni həyatı çox zənginləşir. Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir. Eyni zamanda “ASAN xidmət” mərkəzlərinin şəbəkəsi genişlənir. Bir neçə il bundan əvvəl Gəncədə “ASAN xidmət” Mərkəzi açılmışdır. Ancaq tələbat o qədər böyükdür ki, növbələr yarandı. “ASAN xidmət”in xüsusiyyətlərindən biri həm şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır. Növbə yarandığını və insanların saatlarla növbədə dayanmasını nəzərə alaraq, Gəncədə ikinci “ASAN xidmət” Mərkəzi yaradıldı.

Həmçinin inşa olunan Gəncə İdman Sarayı Azərbaycanın ən böyük idman kompleksi olacaqdır. Bütün əsas idman növləri bir yerdə cəmləşib. Burada həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel fəaliyyət göstərəcəkdir. Bu sarayı Gəncədə inşa etmək gəncəlilərə edilən bir hədiyyədir.

İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Şəhid olan mülki vətəndaşlar arasında uşaqlar (6 uşaq), qadınlar, yaşlı insanlar da var idi. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Buna görə də Gəncədə inşa olunacaq Memorial Kompleks böyük əhəmiyyət kəsb edəcək. Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Sülh olmalıdır, ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Ermənistanın havadarları bilməlidirlər ki, bölgədə sabitliyin yaranması üçün rəsmi İrəvan təxribat xarakterli hərəkətlərindən əl çəkməlidir. Əks təqdirdə mənfur düşmənə layiqli cavab veriləcək, başı üzərində Azərbaycanın “dəmir yumruğu”nu görəcəkdir.

 

DİGƏR Xəbərlər Arxiv