YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda könüllülərlə birlikdə ağacəkmə aksiyası keçirilib

2 Fevral - Gənclər Günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı könüllülərlə birlikdə ağacəkmə aksiyası keçirib.

Vətən müharibəsi şəhidləri Əfsun Hüseynov və Asim Əliyevin xatirəsinə inşa olunan abidə kompleksinin ətrafında keçirilən aksiyada YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, şəhidlərin valideynləri Zülfiyyə Hüseynova və Asəf Əliyev iştirak ediblər.

Qeyd edək ki, ağacəkmə aksiyası Sabirabad Regional Meşə İstismar və Bərpa İdarəsinin dəstəyi ilə baş tutub.