YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Ölkə başçısının Gəncəyə səfər etməsi, regionların inkişafına olan diqqət və qayğının göstəricisidir

“Cənab Prezident İlham Əliyevin ərazisinə və əhalisinə görə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə səfər etməsi, ölkə başçısının regionların inkişafına göstərdiyi böyük diqqət və qayğının göstəricisidir”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, ümumilikdə Prezident Cənab İlham Əliyev Gəncə şəhərinə 18 dəfə səfər edib. Hər səfəri zamanı ölkə başçısı tərəfindən Gəncənin inkişafı, böyük infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib: “Bunun da nəticəsidir ki, Gəncə şəhərində mühüm infrastruktur layihələri reallaşdırılıb, şəhər elektrik enerjisi ilə tam təchiz olunub, su təminatı ilə bağlı iri miqyaslı işlər görülür, Gəncə-Bakı dəmir yolu xətdi tam modernləşdirilib, səhiyyə, təhsil sahəsində bütün sosial infrastruktur təmamilə yenilənib. Prezident İlham Əliyev Gəncəyə budəfəki səfəri zamanı 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını etdi, inşa olunacaq Memorial Kompleksin təməlini qoydu, səfər çərçivəsində Gəncədə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verildi”.

Gəncəyə səfəri çərçivəsində ölkə başçısı İlham Əliyev hər zaman olduğu kimi beynəlxalq ictimaiyyətə və lazımi ünvanlara mühüm mesajlar verdi. Erməni faşizmi təhlükəsinin hələ də qaldığını bildirən Cənab Prezident İlham Əliyev bu faşizmin regionda sülhə təhdid olduğunu diqqətə çatdıraraq, erməni faşizminin bir daha dirçəlməməsi üçün digər dövlətlərin də səfərbər olmasının vacibliyini vurğuladı – deyən S.Vəliyeva əlavə edib ki, ölkə başçısı Azərbaycan cəmiyyətinə çağırış edərək bir olmağa səslədi və bölgədə yenə də erməni təhlükəsinin yaranacağı təqdirdə Azərbaycanın qüdrətli bir ölkə kimi həmin təhlükəni məhv edəcəyini bəyan etdi:“Prezident Cənab İlham Əliyevin diqqət və qayğısının, düzgün, məqsədyönlü siyasətinin nəticəsidir ki, Gəncə şəhəri günü-gündən daha da inkişaf edən, çiçəklənən bir şəhərə çevrilib”.