YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahı rayonunda “Azərbaycançılıq” mövzusunda tədbir keçirilmişdir

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Dübəndi İstehsalat Bölümünün inzibati binasında “Azərbaycançılıq” mövzusunda tədbir təşkil olunub. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və Dübəndi İstehsalat Bölümünün əmək kollektivi edib.

Əvvəlcə Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Dübəndi İstehsalat Bölümünün rəisi Elxan Məmmədov tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, azərbaycançılıq ideologiyası dünyada yaşayan bütün azərbaycanlıları müqəddəs amallar uğrunda vahid mərkəzdə birləşdirib.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının fəlsəfi, siyasi mənası olduqca dərindir: “Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq məfkurəsi təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. Azərbaycançılıq ideyalarının fövqündə 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı 50 milyonluq azərbaycanlının qəlbində böyük sevinc və fərəhə səbəb olub”.

Daha sonra çıxış edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyninin sözlərinə görə, müasir, müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını azərbaycançılıq ideologiyası təşkil edir. Ümummilli Liderin ölməz ideyalarını, onun siyasi kursunu ləyaqətlə davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirir. Heydər Əliyevin əsasını qoyduğu, Prezident cənab İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasət hazırkı çox mürəkkəb dövrdə yeganə və alternativsiz siyasət olduğu üçün Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir.

Tədbirin sonunda çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyev azərbaycançılıq ideyalarının yaşadılmasının və təbliğinin vacibliyini önə çəkmişdir: “Maarifçilik fəlsəfəmizin tarixi-mənəvi dəyərlərindən bəhrələnmiş Ümummilli liderimizin sosial-fəlsəfi irsində vətən, millət və milli dövlət anlayışları azərbaycançılıq ideyası çərçivəsində vəhdətdə milli bütövlüyün təmin edilməsi, onun həmrəylik ruhunda inkişaf etdirilməsinin mühüm sosiomədəni mexanizmi kimi qarşımıza çıxır. Beləliklə, azərbaycançılıq bir ideya kimi müharibə şəraitində olan  ölkəni qələbəyə aparmaq üçün millət və cəmiyyət qarşısında həmrəy qüvvələrin birlik simvoluna çevrilmişdir”.