YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Vətəndaşların məmnunluğu dövlətimiz üçün vacibdir

“Azərbaycanda vətəndaş məmnunluğu dövlətimizin və hökumətimizin əsas prioritetlərindən biridir. Ölkəmiz davamlı olaraq sosialyönümlü siyasət həyata keçirməkdədir. Qəbul olunan büdcə layihələrində də biz bunun əyani sübutunu görməkdəyik”. Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin tapşırığı və birbaşa nəzarəti ilə sosial qayğıya ehtiyacı olan bütün vətəndaşlarımız üçün xüsusi yardım və sosial paketlər həyata keçirilməkdədir: “Eyni zamanda, mütəmadi olaraq şəhid ailələri, qazilərimizin ailələri və müharibə veteranlarının bütün problemlərinin həlli ilə bağlı aidiyyəti qurumlar xüsusi proqramlar həyata keçirir. Heydər Əliyev Fondu, YAŞAT Fondu tərəfindən bu kateqoriyadan olan insanlara lazımi dəstək göstərilir. Eləcə də həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə şəhid olan insanlarımızın ailələri mənzillərlə təmin olunur. Onlara birdəfəlik müavinətlər verilir, mütəmadi lazımi dəstək göstərilir. Bütün bunlarla yanaşı, qazilərimizin də mənzil problemi həll olunur. Onlara dövlətimiz tərəfindən avtomobillər verilir. Azərbaycanda və Türkiyədə qazilərimizin müalicələri təşkil edilir”.

N.Həmzəyevin sözlərinə görə, əməkhaqları, pensiyalar, təqaüdlər ölkə başçısının sərəncamları əsasında artırılır: “Azərbaycan dövləti əldə etdiyi gəlirləri məhz vətəndaşlarımızın əməkhaqlarına, pensiyalarına, təqaüdlərinə əlavələr kimi xərcləyir. 2021-ci ilin dekabr ayında cənab Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlara əsasən, 2,5 milyondan çox insanı əhatə edən sosial paket həyata keçirildi. Əməkhaqlarında və təqaüdlərdə, pensiyalarda artımlar qeydə alındı. Eyni zamanda, minimum əməkhaqqı da artırıldı. Qlobal bahalaşma fonunda bu, yerində atılmış addımlar idi. Yəni, ərzaq qiymətlərindəki artımları da müəyyən dərəcədə kompensasiya etmiş oldu. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dövlətinin gəlirləri artdıqca həmin vəsaitlər vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına yönələcək. Vətəndaşlarımızın sosial məmnunluğunun təmin olunması həmişə dövlətin əsas prioritet sahəsi olaraq qalacaq”.