YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Növbəti illərdə də sosial tərəfdaşlarımızla birgə məşğulluğa dəstək verilməsi sahəsində layihələr həyata keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq edən və sosial məsələlərin həllində, xüsusən də məşğulluq məsələlərində işəgötürənlər əsas aparıcı qüvvə təşkil edir. Korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşlar nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən 9 nominasiya üzrə təltif olundular. Əlamətdar hadisədir ki, mükafatlandırılanlar arasında şəhid ailələri və qazilərin işlə təmin edilməsi, nazirliyin “Məşğulluq” altsisteminə ən çox vakansiyalar verilməsi və məşğulluq xidməti orqanları tərəfindən təqdim olunan göndərişlər əsasında işə qəbul edilməsi sahəsində fərqlənən şirkətlər oldu.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu sözləri sosial tərəfdaşların mükafatlandırılması mərasimindən sonra deyib.

Nazir müavini bildirib: “Xüsusi olaraq qeyd etmək istəyirəm ki, nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi il ərzində 100 minə yaxın şəxsin işə düzəlməsinə kömək göstərib. Dövlət başçısının tapşırıqları əsasında özünüməşğulluqla əlaqədar agentlik tərəfindən 16 minə yaxın iş yeri yaradılıb. Sosial tərəfdaşlarla birgə əməkhaqqının birgə maliyyələşməsi proqramı həyata keçirilir və il ərzində 500-ə yaxın işsiz şəxsin həmin proqram əsasında məşğulluğu təmin edilib. Vətən müharibəsindən sonra ən aktiv tədbirlərdən olan “Məşğulluq” marafonu həyata keçirilir və həmin marafon çərçivəsində şəhid ailəsi üzvlərini və qazilərin məşğulluğu həll edilir. Artıq həmin marafon çərçivəsində 600-dən çox şirkət 4 minə yaxın vakansiyanı məşğulluq xidməti orqanlarına təqdim edib və bunun nəticəsində 1600-ə yaxın şəxsin məşğulluğu təmin olunacaq. Belə tədbirlər davamlı xarakter daşıyacaq və növbəti illərdə də sosial tərəfdaşlarımızla birgə məşğulluğa dəstək verilməsi sahəsində layihələr həyata keçiriləcək”.