YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Həbəşistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Həbəşistan Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorknehin etimadnaməsini qəbul edib.
Səfir Ayalev Qobezie Vorkneh fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Ayalev Qobezie Vorkneh etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Həbəşistan Federativ Demokratik Respublikası arasında ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün imkanların araşdırılmasının zəruriliyini qeyd etdi.
Səfir Ayalev Qobezie Vorkneh Həbəşistan Federativ Demokratik Respublikasının Prezidenti Mulati Teşomenin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.
Görüşdə son illər dinamik şəkildə inkişaf edən ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, biznes, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Mulati Teşomenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Həbəşistan Federativ Demokratik Respublikası dövlətinin başçısına çatdırmağı xahiş etdi.
 

DİGƏR Xəbərlər Arxiv