YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında seminar keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan”, “Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin gördüyü işlər”, “Azərbaycan Respublikası Birinci-vitse prezidenti Mehriban Əliyevanın humanist addımları” mövzularında seminarlara start verilib.

YAP Nəsimi rayon təşkilatının akt zalında təşkil olunan seminarda təşkilatın sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Seminar Ulu Öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə “Heydər Əliyev və Azərbaycan” mövzusunda çıxış edən A.Süleymanov dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra Gülarə Verdiyeva Prezident İlham Əliyev tərəfindən yürüdülən mütərəqqi siyasət barədə geniş məruzə ilə çıxış edib: “Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir”. O, Birinci-vitse prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətin dünya miqyasında yüksək qiymətləndirildiyini söyləyib.

Daha sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının əməkdaşı Abbas Pənahov ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini vurğulayıb. 

Sonda çıxış edən Nəsimi rayon bələdiyyəsinin sədr müavini Söhrab Həşimov Ulu Öndərin gənclərə göstərdiyi qayğıdan bəhs edib.