YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

VIII Qlobal Bakı Forumunun videohesabatı hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VIII Qlobal Bakı Forumunun videohesabatı hazırlanıb.

Mərkəzdən bildirilib ki, Bakı şəhərində üç gün ərzində keçirilən müzakirələrə dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın iştirakçı qatılıb.

Qeyd edək ki, VIII Qlobal Bakı Forumu 30-dan çox cari və sabiq ölkə, hökumət rəhbərlərinin, o cümlədən hibrid formada Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu, BMT-nin Cenevrə Ofisi, BMT-nın Sivilizasiyalar Alyansı, Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərlərinin iştirakı ilə COVID-19 pandemiyasının başlanmasından sonra keçirilən qlobal liderlərin əsas tədbirlərdən biri sayılır.

DİGƏR Xəbərlər Arxiv