YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin doğum günü münasibətilə məzarı ziyarət olunub

Ucarda Vətən müharibəsi şəhidi İsmayılov Orxan Zöhrab oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, partiya fəalları, rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Tarix və Diyarşünaslıq Muzeyinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbərliyi və nümayəndələri şəhidin rayonun Məlikballı kənd qəbiristanlığında məzarını ziyarət edərək, üzərinə tər çiçəklər düzüb, ruhuna dualar oxuyublar. Tədbir nümayəndələri, həmçinin Birinci Qarabağ müharibəsi şəhidləri Hacıyev Cavid Muğdət oğlunun, Məmmədov Cəsarət Sırac oğlunun, Rüstəmov Nəsimi Rüstəm oğlunun və Xəlilov Arif Həmdiyyə oğlunun məzarlarını da ziyarət edib, xatirələrini ehtiramla yad ediblər. Daha sonra şəhid Orxan İsmayılovun ailəsi ilə görüşərək, onların qayğı və problemləri ilə maraqlanıblar.

Qeyd edək ki, 1990-cı il yanvarın 23-də Bakı şəhərində anadan olan Orxan İsmayılov 2020-ci il oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidin Vətənə əmanət 2 övladı qalıb.

DİGƏR Xəbərlər Arxiv