YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Freedom House təşkilatının hesabatları dünya ictimaiyyəti tərəfindən ciddi qəbul olunmur

Freedom House kimi beynəlxalq təşkilatlar hər zaman qərəzli, yalan, sifarişli, qeyri-obyektiv hesabatları ilə gündəmə gəlməyə çalışıb. Adının mənası “Azadlıq evi” olan əslində isə azadlıqdan, insan hüquqlarından anlayışı belə olmayan Freedom House təşkilatının hazırladığı hesabatlar heç bir reallığı əks etdirmir. Qrantlar hesabına formalaşan Freedom House təşkilatının hesabatları dünya ictimaiyyəti tərəfindən də ciddi qəbul olunmur. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.      

S.Vəliyeva bildirib ki, hər zaman Azərbaycana qarşı qərəzli hesabatlar yayan Freedom House təşkilatı, Azərbaycanın uğurlarına və inkşafına kölgə salmağa çalışır: “Bu gün danılmaz reallıqdır ki, Azərbaycan Respublikası iqtisadi, sosial tərəqqi ilə yanaşı, sürətli demokratik və hüquqi inkşafı ilə də dünyanın lider ölkələrindəndir. Azərbaycan insanların hüquq və azadlıqlarının, qanun aliliyinin yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir”.   

Demokratik, hüquqi cəmiyyətin formalaşması, qanunun aliliyinin, insan hüquqları və sosial ədalətin təmin olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur - deyən S.Vəliyeva əlavə edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində bir sıra qanunvericilik aktları qəbul edilmiş, əfv sərəncamları imzalanmışdır: “Ölkəmizdə insan amilinə verilən yüksək dəyərin nəticəsidir ki, Azərbaycanda sarsılmaz xalq və iqtidar birliyi mövcuddur. Xalq-iqtidar birliyi əbədidir və bu birlik bizi hələ çox qələbələrə aparacaq!”

DİGƏR Xəbərlər Arxiv