YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılışı münasibətilə “Şirin Neşat: Gözlərimin evi” sərgisi təqdim olunub

Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimində “Şirin Neşat: Gözlərimin evi” adlı sərgi təqdim edilib.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, dünya şöhrətli rəssam Tahir Salahov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, “ÜNS” teatrının rəhbəri, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva, “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova, “Central Saint Martins” Universitetinin incəsənət, mədəniyyət və dram proqramları üzrə dekanı Mark Danhill, Moskva Dövlət Müasir İncəsənət Mərkəzinin art-direktoru Leonid Bajanov, “Cosmoscow” Müasir İncəsənət Beynəlxalq Yarmarkasının rəhbərləri Marqarita Puşkina və Sandra Nedvetskaya, “Guggenheim UBS MAP Global Art Initiative” layihəsinin Yaxın Şərq və Şimali Afrika üzrə kuratoru Sara Raza, “Art finans” şirkətinin baş direktoru və “Qazprombank”ın vitse-prezidenti Mariya Sitnina, Avstraliyada Tasmaniya Müasir İncəsənət Muzeyinin sərgilər və kolleksiyalar üzrə rəhbəri Varenne Oliviyer, Londonda “ICONGallery” sərgi mərkəzinin direktoru Conatan Uatkins, görkəmli ictimaiyyət xadimləri, mədəniyyət və incəsənət, diplomatik missiyanın nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən YARAT Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova bu qeyri-kommersiya təşkilatının fəaliyyətindən söz açıb.
YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunan “Şirin Neşat: Gözlərimin evi” adlı sərgisi iyunun 23-dək davam edəcək.