YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. YAP-ın nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər gül dəstələri düzüblər.

Həmçinin, “Türk şəhidliyi” abidəsi də ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.