YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq hüquqi məsuliyyətdən yayınmış hərbi cinayət

Məlahət İbrahimqızı

Milli Məclisin deputatı

Hər il yeni ilin ilk günündən xalqımız böyük hörmət və minnətdarlıqla çoxəsirlik tariximizin qürurverici və qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar faciəsinin ildönümünü qeyd edirlər. Çoxumuzun da şahidliyi və iştirak etdiyi 20 Yanvar 1990-cu il tarixində baş vermiş hadisələr təkcə Azərbaycan tarixinə yazılmış tarix deyil, həm də dünya tarixinin əhəmiyyətli və dərs çıxarılan hadisələri kimi bugünədək hüquqi-siyasi qiymət verilməmiş bəşəri cinayət kimi dəyərləndiriləcəkdir. Qeyd etmək lazımdır ki, ümumiyyətlə erməni millətçiləri bütün dövrlərdə məskulaşdıqları ərazilərdə fürsət düşdükcə o ərazinin gerçək sahiblərinə qarşı xəyanət edərək, özləri üçün nəsə qoparmağa çalışblar. Onların ən böyük xəyanətləri isə Osmanlının çöküşü zamanı bu dövlətə və türk xalqına qarşı törətdikləri antiinsani, qətliyam cinayətləridir. Eləcə də xalqımıza qarşı erməni terror təşkilatlarının və millətçilərinin ssenarisi ilə iki yüz il ərzində törətdikləri kütləvi cinayətlər, deportasiyalar, soyqırımlardır ki, bütün bunlar bugün insanlığın üzqarası kimi qiymətləndirilməlidir.

20 Yanvardan danışarkan ilk növbədə çox önəmli məqamlar var ki, onlar hər zaman xüsusi qeyd edilməlidir. Belə ki, Sovetlərin çöküşünə doğru, ötən əsrin səksəninci illərində xalqımıza qarşı Qorbaçovun həyata keçirdiyi siyasət erməni faşistlərinin Azərbaycana qarşı ikiyüz illik projesinin bir parçası idi. 1990-ci il 20 yanvar faciəsinin-hərbi cinayətinin törədilməsində əsas məsuliyyət də Qorbaçovun məsuliyyəti idi və bu cinayətin törədilməsinin və əmrin verilməsi də məhz Qorbaçov tərəfindən verilmişdir. Çox təəssüf ki, qatil Qorbaçov beynəlxalq tribunalda mühakimə olunmaq əvəzinə ona Nobel Sülh mükafatı təqdim olundu. Tiflis, Riqa, Qazaxıstan və 20 yanvar faciələri kimi cinayətlərə müəllflik edən Qorbaçova belə bir mükafatın verilməsi, beynəlxalq təşkilatların və dünyanın supergüc dövlətlərinin riyakarlığını sübut etmiş oldu.  

20 Yanvar tarixi sübut etdi ki, geosiyasi cəhətdən ən çətin bölgə olan ölkəmizin bir dövlət və bir xalq kimi dünya birliyində mövcudiyyətində dahi lider, çağdaş dövlətimizin qurucusu, ulu öndər Heydər Əliyev və müzəffər Ali Baş Kamandan İlham Əliyev fenomeni əvəzedilməzdir və xalqımız bu iki BÖYÜK LİDERə hər zaman minnətdar olacaqdır. Bu mənada 20 Yanvar 1990-cu il tarixində ümummilli liderimizin Moskvada ailə üzvləri ilə birlikdə qorxmadan Azərbaycan Nümayəndəliyinə gələrək, burada keçirdikləri mətbuat konfransında Qorbaçov rejimini, onun cinayət əməllərini və Sovet sisteminin və Sovet Ordusunun faşist mahiyyətini beynəlxalq ictimaiyyətə çatdıraraq, bu ideologiyanı və Qorbaçovu ifşa etmişdir. Məhz Ulu Öndərimizin mətbuat konfransındakı bu bəyanatı ilə Siyasi Büro rəhbərinin bilavasitə dəstəklədiyi erməni millətçilərinin xalqımıza qarşı planladığı məkrli siyasəti iflasa uğratmış oldu.

Qürurla deməliyik ki, Müzəffər Ali Baş Kamandanımızın rəhbərliyi ilə Müzəffər Milli Ordumuz xalqımızın 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan və dünya erməniliyi, eləcə də bu qüvvələri dəstəkləyən qüvvələr üzərində qazandığımız möhtəşəm Zəfər 20 yanvar cinayətini törədənlər üzərində də qələbədir. Bu mənada deyə bilərik ki, bu Zəfərlə həm də Azərbaycan xalqına qarşı tarixdə törədilmiş cinayətlərin, tarixi ədalətsizliyin layiqincə cavabı da verilmişdir. Hesab edirəm ki, bundan sonra heç bir qüvvə xalqımıza qarşı hansısa məkrli plan törətmək iqtidarında olmayacaqdır.