YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanda olan demokratiya Qərb dövlətlərinin bir çoxundan yüksəkdir

«Azərbaycanın uğurlarını istəməyən kifayət qədər xarici qüvvələr var. Sapı özümüzdən baltalar da var ki, həmin qüvvələrin maraqlarına qulluq edirlər. Azərbaycan çox strateji məkanda yerləşdiyi, zəngin təbii sərvətlərə  sahib olduğu üçün  həmişə təzyiqlərə məruz qalıb. Çünki dünyanın supergüclərinin bu regionda maraqları daim toqquşub». Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, təzyiqlərin səbəbi odur ki, müəyyən beynəlxalq dairələr Azərbaycan dövlətinin müstəqil, milli maraqlara xidmət edən siyasətini həzm edə bilmirlər. Ona görə də, qərəzli, qeyri-obyektiv rəy formalaşdırmağa çalışırlar ki, ölkəmizin imicinə mənfi təsir etsin.

«Amma mən deyərdim ki, Azərbaycanda olan demokratiya Qərb dövlətlərinin bir çoxundan yüksəkdir. Azərbaycanın hüquq mühafizə orqanları öz vətəndaşına güllə atmır.  Amma ABŞ-da polislər dinc, günahsız insanları öldürürlər. Son aylar belə hallar daha da artıb. Avropa dövlətləri irqçi qanunlar qəbul edirlər, miqrantları, qaçqınları ölkəyə buraxmırlar. Bu isə humanizmdən, tolerantlıqdan uzaq bir məsələdir. Azərbaycan isə dünyada tolerantlıq üçün nümunə olan bir ölkədir.

Bir sözlə, həmin dairələr nə edirlər etsinlər, dövlətin iradəsini sındıra bilməzlər. Azərbaycan müstəqil siyasət həyata keçirir, güclü dövlət başçımız var. Prezident İlham Əliyev milli maraqlarımızı qətiyyətlə qoruyur. Hörmətli Prezidentimiz milli maraqlarımıza xidmət edən siyasət həyata keçirir. Dövlətimizin başçısı beynəlxalq miqyasda ən yüksək tribunalardan cəsarətlə, yüksək vətənpərvərliklə, milli hisslərlə Azərbaycanın maraqlarını müdafiə edir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv