YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: Azərbaycan dövləti hümanist siyasət yeridir

«Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə özünün hümanist iradəsini ortaya qoydi». Bu fikri Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, il ərzində xeyli sayda insanlar əfv olunur və onlar öz səhvlərini etiraf edir və nəticədə cəmiyyətə, ailələrinin yanına qayıdırlar. Onun sözlərinə görə, əgər onların ailələrini, yaxın dostlarını da nəzərə alsaq, il ərzində minlərlə ailə əfv sərəncamının sevincini yaşayır.

«Bu bir daha onu göstərir ki, Azərbaycan dövləti və cənab Prezident İlham Əliyev hümanist siyasət yeridir. Bir tərəfdən cəmiyyətdə qanunçuluğun möhkəmlənməsi, hüququn aililiyi prinsipi yerinə yetirilir, digər tərəfdən isə cəzasının müəyyən bir hissəsini çəkən və cəzadan müvafiq nəticə çıxaran, cəmiyyət üçün təhlükə olmayan insanların əfv edilərək yenidən cəmiyyətə sivil münasibətə qayıdılmasına şərait yaradır. Bunun özü bir daha göstərir ki, Azərbaycan cəmiyyətində insan faktoru, insanın qayğıları ailənin möhkəmlənməsi məsələsi həmişə dövlətin diqqət mərkəzindədir. Ölkə Prezidentinin son Sərəncamı ilə də yüzlərlə ailə sevinəcək və öz dövlətinin qayğısını üzərlərində hiss edəcək»- deyə, A. Mirzəzadə vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv