Xəbərlər
Rusiya XİN: Cənubi Qafqazda sabitliyin təminatının əsas vasitəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinin işə salınmasıdır

Uzunmüddətli planda Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təminatının əsas vasitəsi 2021-ci il noyabrın 26-da Soçidə üç ölkə liderlərinin birgə Bəyanatında şərtləşdirildiyi kimi, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və daha sonra demarkasiyası prosesinin tezliklə işə salınmasıdır.
Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
Diplomat deyib: “İşi müvafiq ikitərəfli komissiyanın yaradılmasına yönəltmək mühümdür. Rusiya bu komissiyaya hərtərəfli, konsultativ kömək göstərməyə hazırdır”.
M.Zaxarova qeyd edib ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən çox narahatdır və tərəfləri bütün mübahisəli məsələləri yalnız siyasi-diplomatik yolla həll etməyə çağırır.