Xəbərlər
“Xızı-Abşeron” stansiyasının istifadəyə verilməsi ilə 220 milyon kubmetr təbii qaza qənaət ediləcək

Azərbaycanda yeni 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikilməsi enerji sistemimiz üçün xüsusi əhəmiyyət daşıyacaq.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, stansiyada ildə təxminən 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal ediləcək ki, bunun nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət ediləcək, eləcə də 400 min ton karbon tullantılarının qarşısı alınacaq.