YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin doğum günü münasibətilə məzarı ziyarət olunub

Yevlaxda Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Cəfərov Fərid İsmixan oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının, Təhsil Şöbəsinin və Uşaq-Gənclər İdman-şahmat məktəbinin əməkdaşları rayonun Quşçu kəndində şəhidin uyuduğu məzarı ziyarət edərək, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Tədbirdə şəhidin şərəfli həyat və döyüş yolundan geniş bəhs edilərək xatirəsi ehtiramla yad edilib.

Daha sonra mərasim iştirakçıları şəhidin ailəsi ziyarət edib, ailə üzvlərinə başsağlığı verib, qayğı və problemləri ilə maraqlanıblar.