YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elnur Allahverdiyev: Qeyri-neft sektorunun iqtisadiyyatdakı payı daha da artacaq

“Son 2 ildə Prezident cənab İlham Əliyevin başçılığı ilə hökumətin həyata keçirdiyi iqtisadi islahatlar öz bəhrəsini verir. Qlobal pandemiya və dünya iqtisadiyyatındakı tektonik vəziyyətə baxmayaraq, Azərbaycanda hökumətin reallaşdırdığı iqtisadi proqram inqilabi xarakter daşıyır. Çünki bütün dünyada izlənən iqtisadi sıxıntılar, iqtisadiyyatların kiçilməsi, qiymətlərin bahalaşması fonunda qeyri-neft sektorunun milli iqtisadiyyatdakı payının artırılması kursu ciddi siyasi iradə tələb edir”. Bunu 2021-ci ilin iqtisadi nailiyyətlərini şərh edərkən Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Elnur Allahverdiyev deyib.

Milli Məclisin deputatı hesab edir ki, Prezident cənab İlham Əliyevin yerli telekanallara verdiyi müsahibədə səsləndirdiyi statistik göstəricilər qarşıdakı illərdə bu istiqamətdə daha nikbin nəticələr gözləməyə əsas verir: “Cənab Prezidentin səsləndirdiyi rəqəmlər əmin olmağa əsas verir ki, milli iqtisadiyyatda enerji daşıyıcılarının dominantlığı azalmağa doğru gedəcək, real, istehsala əsaslanan sektorun payı artacaq. Məsələn, qeyri-neft sektoru 7,2 faizlik yüksəliş nümayiş etdirib. Bu, olduqca ciddi rəqəmdir. Nəzərə alsaq ki, ümumi iqtisadi artım 5%-dir və bu rəqəm də dünyadakı proseslər fonunda olduqca pozitiv nəticədir, deməli, qeyri-neft sektorundakı irəliləyiş də tədqirəlayiqdir”.

E.Allahverdiyevin fikrincə, qeyri-neft sektoru artım göstərməyə davam edəcək və bu o deməkdir ki, hökumətin siyasəti reallığa əsaslanır: “Hökumətin başlıca məqsədi daxili tələbatı təmin etmək və bundan sonra xarici bazara çıxmaqdır. Məsələn, ötən il qeyri-neft ixracı 40%-dən çox artım göstərib. Təqribən yarıya qədər. Bu, ilk növbədə kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlıdır. Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçmiş SSRİ məkanında ilk aqrar islahat həyata keçirən ölkədir. Bu gün biz bunun bəhrəsini görür, məhsulunu dəririk”.

Deputatın sözlərinə görə, qarşıdakı illərdə qeyri-neft sahəsinin çəkisi daha da artacaq və bu istiqamətdə ciddi gözləntilər var: “Biz bu gün ət və südə olan tələbatın təqribən 80-90% özümüz təmin edə bilirik. Taxılın bir qismini xaricdən idxal edirik, bu da reallıqdır. Əhalimiz artır, pandemiyadan qabaq turizm sahəsində ciddi nailiyyətimiz var idi, yəni gələn turistlər hesabına da çörəyə tələbat çoxalır. Əkin sahələrinin sahəsini nəzərə alsaq, bu ehtiyacı tam ödəyə bilməyəcəyik. Cənab Prezident də dedi ki, hətta azad olunmuş torpaqlarda taxıl əkinini təşkil etsək belə, yenə də xarici bazardan asılı olacağıq. Qalan kənd təsərrüfatı məhsulları ilə tələbatı isə təbii ki, özümüz təmin edə biləcəyik. Azad olunmuş torpaqlar tam şəkildə istifadə ediləndən sonra və pandemiyanın aradan qalxması ilə turizm sektorunun da işə düşməsi qeyri-neft sektorunda özünü konkret rəqəmlərlə göstərəcək. “Qeyri-neft sektorunun iqtisadiyatdakı payı daha da artacaq. Bunu əminliklə söyləmək olar”.